Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiyaları qurulur 

Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”. 

Muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin üzvləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçıları, nazirlik, komitə, xidmət, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Müşavirədə Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək demişdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 65 yaşdan yuxarı olan tənha ahıllara sosial xidmətlərin göstərilməsini təmin etməli, həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər onlara xidmət göstərməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib

  Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlmişdir. Hazırda torpaq mülkiyyətçisi və fermerlər dünyanın qabaqcıl texnika və texnoloji avadanlıqlarından istifadə edirlər.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi.
Dizayn və proqramlaşdırma Nakhinternet