Melioratorlar yaz suvarma mövsümünə hazırlaşırlar

Muxtar respublikada yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək üçün kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, anbarlara suyun yığılması həyata keçirilir.

Bu məqsədlə yanvar ayında 12 kilometr beton və torpaq kanal, 17 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənmiş, 9 kilometr yeni suvarma xətti çəkilmişdir. Həmçinin 49 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmış, Babək

Ardını oxu...

Daha iki kənddə içməli su və kanalizasiya xətlərinin çəkilişi aparılır

10.02.2020

İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Muxtar respublikanın rayon mərkəzi və ətraf kəndlərində də əhalinin ekoloji cəhətdən təmiz, içməli suya olan tələbatının ödənilməsi məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində əvvəllər içməli su təchizatı əhali tərəfindən sadə formada çəkilmiş su xətləri hesabına aparılırdı.

Ardını oxu...

Yaz suvarma mövsümünə hazırlıq işlərinə start verildi

21.01.2019

     Havaların quraq keçməsi, payız və qış mövsümündə yağıntının normadan aşağı olması çayların və su hövzələrinin suyunun azalmasına səbəb olmuşdur. Buna görə də muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da əkin sahələrinin vaxtında suvarılması və normal su ilə təchizatı üçün yanvar ayından kanal və arxlarda bərpa tədbirləri həyata keçirilir.Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin kollektivi kanalların və su arxlarının lildən və çöküntülərdən təmizlənməsinə idarənin tabeçiliyində olan bütün texnikanı cəlb edib.

Ardını oxu...

Melioratorlar ötən ili uğurla başa vurublar

14.01.2020

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu il ərzində əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə suvarılan sahələrin genişləndirilməsini təmin etmək və şoranlaşmanın qarşısını almaq məqsədilə ardıcıl tədbirlər görülüb. Ötən il mütərəqqi suvarma üsullarının tətbiqi, yeraltı suvarma şəbəkələrinin qurulması, torpaqların su təminatının yaxşılaşdırılması davam etdirilib, arxlarda, kollektor və drenaj kanallarında lildən təmizləmə və təmir işləri yerinə yetirilib.

Hesabat dövrü ərzində Heydər Əliyev, Sirab və Uzunoba su anbarları daxil olmaqla, ümumilikdə,

Ardını oxu...

YENİ QAPALI SUVARMA ŞƏBƏKƏLƏRİNİN İSTİFADƏYƏ VERİLMƏSİ 2019-CU İLDƏ DƏ DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILMIŞDIR

02.01.2020

Müasir meliorasiya və irriqasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi muxtar respublikamızda əkinçiliyin inkişafı üçün geniş imkanlar açmışdır. Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Məlum olduğu kimi Kəngərli rayonu əkinçilik üçün böyük ərazilərə malik olsa da, susuzluq ucbatından bu ərazilərin xeyli hissəsi şoranlaşmaya məruz qalmışdı. Şoranlaşmış ərazilər isə müxtəlif əkinlərin aparılmasına mane olur, nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi.
Dizayn və proqramlaşdırma Nakhinternet