Şoranlaşmış torpaqların bərpası

 

Torpaqların münbitliyinin və bitkilərin məhsuldarlığının azalmasına şoranlaşma təsir göstərir. Qrunt sularının səviyyəsi artdıqca torpaqda olan turşular, duzlar torpağın üst hissəsinə çox asanlıqla çıxırlar, bu isə torpaqda şoranlaşmanı yaradır. Şoranlaşmış torpaqların bərpa edilməsi üçün yuyulma sisteminin daha geniş tətbiqini də həyata keçirmək olar. Yumaq üçün ərazi böyük olmalıdır və torpaq ən azı bir ay suyun altında qalmalıdır ki, duz ordan təmizlənsin. Şoranlaşmanın baş verməməsi üçün suvarma işini düzgün aparmaq lazımdır. 2016-2019-cu illərdə Şərur, Babək, Sədərək, Culfa rayonlarında, ümumilikdə, 5200 hektardan artıq ərazidə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi.
Dizayn və proqramlaşdırma Nakhinternet